"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Beynəlxalq əlillər günü”nə həsr olunmuş tədbir keçirilib

--2017-12-01 / 13:42

01 dekabr 2017-ci il tarixində Qaradağ Rayon icra Hakimiyyətində rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib. Bu barədə məlumatı Qaradağ RiH yayıb.

Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısının müavini Təranə xanım ismayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qaradağ Rayon icra Hakimiyyəti başçısının müavini Təranə ismayılova çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq əlillər gününün ölkəmizdə qeyd olunmasını Ulu Öndər Heydər əliyevin əlillərə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirmişdir. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün əlillər üçün tikilən yaşayış sahələrini, sağlamlıq mərkəzlərini Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin diqqətinin bariz olduğunu bildirib.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 120 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.

Belediyye.info

ŞƏRHLƏR